II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrinin bu gün elan olunması nəzərdə tutulur.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Nəticələr elan olunmamışdan öncə DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək.
Canlı yayımda Apelyasiya Komissiyasına, eləcə də DİM-in “Facebook” səhifəsinə və elektron poçtuna imtahanda istifadə olunmuş suallarla bağlı ünvanlanan müraciətlərə cavab veriləcək, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, onları maraqlandıran digər suallar izah ediləcək.
Canlı yayım zamanı əlavə sualları müvafiq postun altına yaza və ya təqdim olunacaq “whatsapp” nömrəyə səsli, yazılı mesaj kimi göndərmək mümkündür. “Whatsapp” nömrə canlı yayım zamanı elan olunacaq. (Report)
16 aprel 2024-cü il tarixində Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət...