Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə keçirilən builki qəbul imtahanlarını yekunlaşdırdı. iyulun 26-da II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imyahanlarının da nəticələri elan olundu.
Məlum oldu ki, sonuncu qəbul imtahanlarında 4 nəfər ( II ixtisas qrupu üzrə 1 abituriyent, III ixtisas qrupu üzrə isə 3 abituriyent) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.
Builki yaz və yay qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin ümumi sayı 29 nəfərdir.
AzEdu.az həmin abituriyentlərin tam siyahısını hazırlayıb:
Yaz qəbul imtahanlarında
I ixtisas qrupu üzrə
1. İsmayıllı şəhər 6saylı orta məktəbin məzunu Vasif Əsədov;
2. Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Əsra Bayramova.
II ixtisas qrupu üzrə
1. Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadə;
2. Xaçmaz şəhər Zərifə Əliyeva adına 8 saylı liseyin məzunu Jalə Rəcəbova.
III ixtisas qrupu üzrə
1. Bakı şəhər Texniki-Humanitar liseyinin məzunu Zeynəb Quluzadə;
2. 45 nömrəli məktəbin məzunu Elvin Kərimli;
3. Suraxanı rayonu 89 saylı məktəbin məzunu Şahxanım Həsənova;
4. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Xəyyam Sultanlı;
5. 214 nömrəli tam orta məktəbin məzunu Leyli Əhmədova.
IV ixtisas qrupu üzrə:
1. Fiziki, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunu Rəna Əliyeva.
Yay qəbul imtahanlarında
I ixtisas qrupu üzrə: