İyulun 23-24-də  Lənkəran şəhərində Ekoloji Tarazlıq İctimai Birliyi (Azərbaycan) və KeTuRy (Finlandiya ) İctimai Birliyi tərəfindən “Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək” layihəsi çərçivəsində təlimlər keçirilib.
Layihə Finlyandiyanın Xarici İşlər Nazirliyi məliyyə vasitəsi ilə həyata keçirilir.
Təlimlərdə Astara, Lənkəran və Masallıdan ümumilikdə 10 sahibkar və ya sahibkar olmaq istəyən qadınlar iştirak etmişdir. İştirak edən qadınlar dərziçilik, toxuma əl işləri, turizm bələdçiliyi və s. müxtəlif peşə sahibləri olmuşdur.
Təlim zamanı qadınlara sahibkarlıq fəaliyyətinin qurulması, sahibkarlığın hüquqi formaları, biznes plan və marketinq, turizm biznesinin inkişafı, sənətkarlıq sahəsinin turizm sahəsi ilə əlaqələndirilməsi və biznesinin qurulması və s. bu kimi mövzularda təlimlər baş tutmuşdur. Təlimləri beynəlxalq dərəcəli (Beynəlxalq Əmək Təşkilatının) biznes təlimçi Rafət Şirəliyev aparmışdır.
Bölgədə kənd turizmi potensialı çox böyükdür. Lənkəran-Astara turizm bölgəsi də öz suptropik iqlimi, təbiəti və abidələri ilə kənd turizm mərkəzlərinin yaradılması üçün potensial ərazilərdəndir. Həmin bölgədə yerləşən mineral su bulaqları ilə zəngindir. Onların arasında termal sulu olanlar da var, soyuq suyu ilə seçilənlər də. Bəzi bulaqların suyunun tərkibində çoxlu kükürd və digər mikroelementlər vardır. Rayonun mənzərəli dağlıq guşələrinin birində istisu mineral bulağı yerləşir. Bu bulağın suyu müalicəvi xassələrə malikdir.
Lənkəranda Haftoni, Xanbulan, Rvo, Vel-Siyavar, Kənarmeşə,  Sütəmurdov, Lerikdə Hamarmeşə, Günəşli, Lüləkəran, Sivəkəran, Astarada Kijəbə, Tüləgüvan, Sım, Siyəkü, Əsxənəkaran, Masallıda Şıxlar, Qəriblər, Mahmudavar, Tüklə, Qızılağac, Yardımlıda Pirembel, Çayüzü kəndləri öz unikallığı ilə turistləri ən çox cəlb edən turizm məkanlarıdır.
Layihə çərçivəsində Azərbaycanın Lənkaran-Astara, Şəki-Qəbələ, QGuba regionlarında kənd turizm sahəsində fəaliyyət göstərən,gqadınların biznes biliklərinin artırılması, turizm sahəsində, xüsusi ilə də “kənd turizmi” sahəsində fəaliyyət göstərtən sahibkar qgadınlarına imkanların yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində Kənd Turizmin marketinqg Strategiyasının hazırlanması və ictimai müzakirə olunması, Finlyandiya və Azərbaycan Universitetləri turizm ixtisası üzrə təhsil alan tələbələr arasında müəllim tələbə mübadiləsi, Finlyandiya  vətəndaşlarının Azərbaycana səfərlərinin təşkil olunması və Azərbaycanda kənd turizmi yönümlü turlarda iştirak edilməsi, Azərbaycanda dayanıqglı kənd turizmin potensialının gücləndirilməsi hədəf kimi layihənin əsas məqgsədləri kimi layihə icra qgrupunun qarşısına qoyulmuşdur.
Asim Yusifov
Astarainfo.az