Astara rayonunda arıçılıqla məşğul olan fermerlər və məhsul istehsalçıları bu il yüksək məhsuldarlığa nail olublar.
Rayonun arıçıları ilk bal süzümünü may ayının sonu – iyunun əvvəllərində aparmışdılar. Bundan sonra isə daha da bol məhsul əldə etmək üçün arı ailələri Aran rayonlarına köçürülmüşdü. Hazırda isə tədricən geri gətirilən arı ailələrindən mövsümün sonuncu bal süzümünə başlanılıb.
Orta hesabla hər bir arı ailəsindən 24-25 kiloqram bal əldə edən arıçılar bu il məhsuldarlığın ötən illə müqayisədə 20 faiz artdığını bildiriblər.
Arıçılar balın qiymətini onun keyfiyyətindən asılı olaraq 25-35 manat arasında dəyişdiyini deyirlər.
Qeyd edək ki, Astara rayonunda olan 1300 arıçılıq təsərrüfatında 27 minə yaxın arı ailəsi saxlanılır. Ötən il rayonda 300 ton bal məhsulları istehsal olunub. Bu il bu rəqəmin 400 tona çatdırılması nəzərdə tutulur.(AZƏRTAC)
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ovala kəndində vətəndaşlarla səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun aidiyyəti...