Astara rayonunun taxıl sahələrində məhsul yığımı başa çatıb.
Taxılçılıqla məşğul olan fermerlərə və məhsul istehsalçılarına dövlət tərəfindən əlavə subsidiyanın verilməsi, yanacaq, sürtgü yağları və mineral gübrələrə görə güzəştlərin edilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə olan marağını daha da artırıb.
Bu il rayonda 252,05 hektar taxıl əkilib. Bunun 181,95 hektarını buğda, 70,1 hektarını arpa təşkil edir.
İyunun 17-də sahələrdə biçin kampaniyasına başlanılıb. Biçin aparılmış buğda sahəsindən 426,2 ton, arpa sahəsindən isə 130,5 ton məhsul götürülüb. Orta məhsuldarlıq buğda sahələrində 23,42, arpa sahələrində isə 18,62 sentner olub.
Qeyd edək ki, ötən il rayonda 180,3 hektar taxıl sahəsindən 365,4 ton məhsul yığılıb. Bunun 304,8 tonunu buğda, 60,6 tonunu isə arpa təşkil edib.(AZƏRTAC)