Avqustun 6-da İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Bu mərhələdə Ağdam təmsilçisinin potensial rəqibi məlum olub. “Qarabağ” üçüncü təsnifat mərhələsində BATE (Belarus) səddini keçərsə, növbəti mərhələdə Hollandiyanın “PSV Eindhoven” klubu ilə qarşılaşacaq.
Ağdam təmsilçisi BATE-yə məğlub olacağı təqdirdə mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
Xatırladaq ki, “Qarabağ” – BATE oyunu avqustun 7-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları avqustun 21-də və 22-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.(AZƏRTAC)
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ovala kəndində vətəndaşlarla səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun aidiyyəti...