Astara Uşaq Gənclər İdman–Şahmat Məktəbində (UGİŞM) şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışlarına start verilib.
Yarışın açılış mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, UGİŞM-nin direktoru, şahmat üzrə beynəlxalq dərəcəli hakim, yarışların baş hakimi Azər İbrahimov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışaraq şahmatçılara qələbə sevincləri arzulayıblar.
Sonra 15 şəhər və rayonu təmsil edən 29 kişi və 6 qadın şahmatçı qələbə uğrunda mübarizəyə qoşulub.
Ölkə birinciliyinin seçmə yarışında kişilər İsveçrə, qadınlar isə dairəvi sistem üzrə mübarizə aparırlar.
Kişilər arasında 3, qadınlar arasında 1 nəfər ən yaxşı nəticə göstərən şahmatçı 2019-cu ildə keçirilməsi nəzərdə tutulan yarışların final mərhələsinə vəsiqə qazanacaq.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...