Ölkəmizdə keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə tədbirlər planına əsasən Astara rayonunda reyd keçirilib.
Reydin məqsədi avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosferin çirklənməsinin qarşısının alınmasıdır.
Reyd zamanı xüsusi avadanlıq vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb, sürücülərə tələblər və qaydalar izah edilib.
Bütün bunlarla yanaşı, digər qayda pozuntuları da aşkarlanıb. Sərxoş halda avtomobili idarə edərək həm özünün, həm də başqalarının həyatını təhlükəyə atan, sürücülük hüququ olmadan sükan arxasına keçənlər, avtomobildə müxtəlif konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını pozan sürücülər cəzalandırılıblar.
Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin rəisi İlqar Rəhimzadə bildirib ki, reyd zamanı həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülər müəyyən edilərək barələrində protokol tərtib olunub. Rayon ərazisində bu cür reydlər vaxtaşırı təşkil ediləcək.(AZƏRTAC)
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ovala kəndində vətəndaşlarla səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun aidiyyəti...