ELAN: “Gənc olimpiadaçılara çağırış” layihəsi

 Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində gənc olimpiadaçılara çağırış layihəsi elan olunur. 
Azərbaycan Respublikası təhsil nazirinin 12 dekabr 2014-cü il tarixli 1256 nömrəli əmrinin
(Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Q a y d a l a r ı)
1.2. bəndində:- Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.
1.3. bəndində isə Fənn olimpiadalarının yekunlarına görə, şagirdlərin əldə etdiyi nəticələr
müvafiq fənn müəllimlərinin, məktəbin, yerli təhsili idarəetmə orqanının fəaliyyətinin
qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır.
“Gənc Olimpiadaçılara çağırış” layihəsi məqsədi Lənkəran və Astara rayonlarinda Olimpiada ruhunu formalaşdırmaq, ümumtəhsil məktəblərində estafet kimi bu layiheni davam olmasına bir istimul verməkdir. Layihənin tam icrasının sonunda layihənin tətbiq olunduğu Astara-Lənkəran rayonlarının ümumtəhsil məktəblərində reallıq təmin olunur,gün ərzində iki 45 deq ,həftədə hər fənn üzrə iki dəfə olmaqla ümumilikdə bir aylıq təlim proseslərinin məhsulu nəticəsində təkmilləşmiş gənc olimpiadaçılar və onları yetişdirən müəllim ordusu meydana çıxır.“Gənc olimpiadaçılara çağırışı” layihəsi tam təmin olunmaqla ümumtəhsil məktəblərində fizika – riyaziyyat fənnləri üzrə müəllimlərin fəaliyyət devizinə çevirilmiş olur.
1. “Olimpiyadaçıların hazırlanması üçün riyaziyyat-fizika fənindən təlimçi
vəzifəsinə
a) Yaşı 40-dan yuxarı
b) Müəllimlərin diaqnostik qiymətləndirməsindən ixtisası üzrə 39-40 bal
toplayan
c) Pedaqoji təcrübəsi yüksək və biliyinə güvənən riyaziyyat-fizika müəllimləri
19.08.2018-ci il tarixində saat 10:00-da imtahana dəvət olunurlar.
2. Riyaziyyat və fizika fənindən əlaçı şagirdlərin olimpiadaya hazırlığa qəbul
olunmaq üçün
a) Astara və Lənkəran rayon ümumtəhsil məktəblərində 7-ci,8-ci və 9-cu
siniflərində təhsil alan
b) Riyaziyyat və Fizika fənindən əlaçı olan şagirdlər
c) Biliyinə güvənən və gələcəkdə olimpiadaçılardan biri olmaq istəyən
09.09.2018-ci il tarixdə saat 10:00-da keçiriləcək imtahana dəvət olunurlar
Qeyd: İmtahanın keçiriləcəyi ünvan Astara rayonu Kakalos kənd tam orta məktəb.
Hörmətli şagirdlər və müəllimlər imtahana gələrkən Şəxsiyyətinizi təstiq edən sənədi və
məktəbdən arayış gətirməyiniz xahiş olunur.
Təlimlərə 20 sentyabr 2018-ci il tarixinə start veriləcək, 20 oktyabrda başa
çatacaq.Təlimlər Astara və Lənkəran rayonu üzrə təşkil olunacaqdır
İmtahanın nəticəsindən aslı olaraq təlimlərə hər rayon üzrə 2 təlimçi (1 fizika ,1
riyaziyyat),ümumilikdə 4 təlimçi dəvət olunacaqdır.
İmtahanda nəticəsi hər rayon və hər fənn üzrə yüksək nəticə əldə etmiş ilk 9,ümumilikdə
isə 36 şagird dəvət olunacaqdır.
Təlimlərin təşkili ünvanları:
Lənkəran şəhər 8 saylı tam orta məktəb Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəb
Ünvan: Füzuli küçəsi, 99                           Ünvan: R.Məmmədov küç.-21
Telefon: 025-255-08-51                            Telefon: (02522) 5-23-53
Tel: 055 515 84 96                                    Tel: 055 515 84 96
 
Emil Axundov Novruzəli
20 iyun 2018 – 20 noyabr 2018
Astara və Lənkəran
Astarainfo.az