Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Fond avqustun 9-da Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 15-də respublikanın digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini həyata keçirib. Eyni zamanda, avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların da təqaüdlərinin maliyyələşdirilməsi başa çatdırılıb.
Pensiyaların maliyyə təminatı üçün tələb olunan vəsaitin Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi başa çatdırılıb.(AZƏRTAC)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...