Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”ndə qalib olmuş Peyman Nəhmətovun “11-ci sinif abituriyentlərinin peşə yönümlü Yay Məktəbi” fərdi layihəsinə yekun vurulub.
Avqustun 24-25-də Masallı rayonu, SimSim İstirahət Məkrəzində həyata keçirilən 2 günlük yay məktəbi Cənub regionun 5 rayonundan (Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı)30 məktəbli abituriyentin iştirakı ilə təşkil olunmuşdur. Yay məktəbində 13 abituriyent qız və 17 abituriyent oğlan iştirak edib.
Yay məktəbi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra başlanılıb. Giriş sözünü layihə rəhbəri Peyman Nəhmətov edərək, iştirakçıları salamlamış donor təşkilat Azərbaycan Respublikası Təhsil Nazirliyinin layihəyə olan diqqətini qeyd edib və maliyyə dəstəyinə görə təşəkkür edib. O, qeyd edib ki, layihənin məqsədi 11-ci sinifdə təhsil alan abituriyentlərin sərf etdiyi zaman və enerjinin müsbət nəticələnməsinə dəstək olmaq və onların peşə vəixtisas seçiminin düzgün olmasından ibarətdir.
Daha sonra layihənin eksperti Nəsimi Bədəlov çıxış edərək layihənin mövzusunun vacibliyini, ölkəmizdə ehtiyac duyulan ixtisasları və həmçinin peşələrə göstərilən diqqəti qeyd edib.
Yay məktəbində 2 günlük təlim proqramını biznes və karyera planlaması üzrə beynəlxalq təlimçi Rafət Şirəliyev idarə edib. O, məktəbli abituriyentlərə düzgün ixtisas qrupu seçmək, ixtisas və peşə seçimi, universitet seçimi, imtahanlara psixoloji hazırlıq, motivasiya, liderlik, məqsədin müəyyən edilməsi, karyera planlaması, insanlarla uğurlu ünsiyyət və s. bu kimi mövzularda təlimlər keçib. Təlimlərlə bərabər məktəbli abituriyentlər müxtəlif qrup və fərdi işlər hazırlayaraq təqdimat ediblər.
Yay məktəbinin sonunda iştirakçılara sertifikalar verilib və xatirə şəkli çəkilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...