Daha çox şəfalı bitki kimi tanınan kəklikotunun yağı da ən azı özü qədər faydalıdır.
 Kəklikotu yağı bir sıra tibbi məqsədlərlə istifadə olunur. Kəklikotu yağının orqanizmə aşağıdakı faydaları var.
Qan dövranını yaxşılaşdırır
Kəklikotu yağı bədənin qan dövranını yaxşılaşdırır, oksigen çatmayan bölgələri qidalandırır. Bu isə orqanizmə gümrahlıq bəxş edir.
Xroniki öskürəyin qarşısını alır
Uzun zamandır xroniki öskürəkdən əziyyət çəkirsiniz? Dərdinizə əlac tapılmır? O zaman kəklikotu yağını sınaqdan keçirməlisiniz. Güclü antibiotiklərin əvəzinə bu yağı qəbul etsəniz, nəinki ciyərləriniz, eləcə də ürəyiniz, böyrəkləriniz də fəaliyyətini bərpa edəcək.
Bakteriyaları öldürür
Kəklikotu yağının antibakterial özəlliyi də var. Bu yağ bədənin daxilindəki və xaricindəki bütün bakteriyaları təmizləyir. Həmçinin yaraların sağaldılmasında olduqca faydalıdır.
Stress və depresiyanın dərmanıdır.
Kəklikotu yağı həmçinin çox məşhur aromaterapiya yağıdır. Bu yağı boynunuza, nəbzinizin üstünə, sinənizə sürtüb, masaj etsəniz sakitləşəcək, özünüzü daha yaxşı hiss edəcəksiniz.
Ləkələrin düşməni
Bu yağ üzdəki ləkələri və yara izlərini yox edir. Bura həmçinin avtoqəzadan sonra izi qalan eybəcər yaralar da daxildir. Yağı sadəcə ləkələrin üzərinə çəkib, gözləyin. Bu proseduru hər gün yerinə yetirin. Lakin yaranızda iltihab varsa, kəklikotu yağından istifadə etməməyiniz tövsiyə olunur.(Publika.az)