Türkiyənin Şırnak vilayətində antiterror əməliyyatı keçirilib.
Bu barədə vilayət qubernatorluğunun administrasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Beytüşşəbal rayonu ərazisində keçirilən əməliyyat zamanı PKK terror qruplaşmasının 5 silahlısı zərərsizləşdirilib. Əməliyyat hərbi aviasiyanın dəstəyi ilə keçirilib.
Qeyd edək ki, 1984-cü ildə meydana çıxan PKK Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün bir sıra terror aktları keçirib. ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına daxil ediblər. “Report”