Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi “Açıq hökumət prinsiplərinin təbliği və korrupsiyanın qarşısının alınması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində dövlət qulluqçuları ilə ictimai müzakirələrə yekun vurub.
Təşkilatın rəhbəri Rövşən Bağırovun verdiyi məlumata görə bu layihə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin Sərəncamına dəstək olaraq həyata keçirilib. Layihənin əsas məqsədi Açıq Hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətində gənc dövlət qulluqçuları və maraqlı tərəflər arasında təbliğat işini gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində 21-28 avqust 2018-ci il tarixlərində Astara, Lənkəran, Lerik, Masallı və Cəlilabad rayonlarında ümumulikdə 100 nəfərdən çox gənc dövlət qulluqçuları üçün Açıq Hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətində dəyirmi masalar, seminarlar, ictimai müzakirələr təşkil edilib. İctimai müzakirələrə adı qeyd olunan rayonların müxtəlif dövlət qurumlarında çalışan dövlət qulluqçuları aktiv şəkildə qoşulmuş və bu layihə onların böyük marağına səbəb olub.
Layihədə ekspert kimi iştirak etmiş AR Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Ehtiram Fəttayev və Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov bu layihənin dövlət qulluqçuları üçün əhəmiyyətindən, E-Hökumətlə bağlı görülmüş işlərdən, “Asan Xidmət” modelindən, Açıq Hökumətin təşviqi prosesində dövlət qulluqçularının rolundan, şəfafflığın təmin olunmasında və korrupsiyanın qarşısının alınması istiqamətində dövlət qulluqçularının səylərinin daha da gücləndirilməsinin vacibliyindən bəhs edərək geniş müzakirə və fikir mübadiləsi aparıblar. İnteraktiv müzakirələr zamanı dövlət qulluqçuları tərəfindən maraqlı fikirlər və təkliflər səsləndirilib.
Onu da qeyd edək ki, layihə çərçivəsində E-Hökumətlə bağlı hazırlanmış video çarx E-Hökumət/E-Gov adı ilə youtube kanalına yüklənmiş və sosial şəbəkələrdə yayımlanıb. Mövzu ilə əlaqəli daha çox insanların maarifləndirilməsi üçün 750 ədəd buklet nəşr edilərək tədbirlər zamanı paylanılıb.
Astarainfo.az