Çolpon-Atada Birgə Bəyannamə imzalanıb və 5 sənəd qəbul edilib

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ)  VI sammiti işini başa vurub.
“Report” Qırğız Respublikası Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sammitin yekununda Birgə Bəyannamə imzalanıb və 5 sənəd qəbul edilib.
Sənədlər bunlardır: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin, baş katib müavininin və Türk Akademiyasının prezidentinin təyin edilməsi barədə qərar; Macarıstana TDƏŞ-də müşahidəçi statusunun verilməsi barədə qərar; Türkdilli dövlətlərin qarşılıqlı inteqrasiyası haqqında Konsepsiyanın layihəsi; Gənclər siyasəti və milli idman növləri sahəsində əməkdaşlığın inkişafı barədə TDƏŞ dövlət başçılarının birgə bəyanatı; Çingiz Aytmatovun 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar TDƏŞ dövlət başçılarının birgə bəyanatı.