Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrə əsasən, təhsil müəssisələrinə tapşırılıb ki, ümumi təhsil məktəblərində müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işlər görülsün.Həmçinin, bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilib.(ATV.az)
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sipiyəpart kəndində əhali ilə görüş keçirtmişdir. Görüşdə rayonun aidiyyəti idarə və...