Sabahdan külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

Sabahdan, sentyabrın 8-dən başlayaraq Azərbaycan ərazisində şimal-qərb küləyi güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Abşeron yarımadasında sentyabrın 8-9-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Sentyabrın 9-da gün ərzində əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi sentyabrın 8-9-da ayrı-ayrı yerlərdə arabir güclənəcək. (Report)