Azərbaycanda ana südü ilə qidalandırılan körpələrin sayı azalıb.
2017-ci ildə ümumilikdə 3 aya qədər uşaqların 89,7 min nəfəri ana südü ilə qidalanıb. 2005-ci ildə belə körpələrin sayı 30,5 min, 2016-cı ildə isə 95,2 min nəfər olub.
Yalnız ana südü ilə qidalanan 3 aya qədər körpələrin sayı 2005-ci ildə 30,5 min nəfər olduğu halda, 2016-cı ildə 95,2 min nəfər olub. 2016-cı ildə bu körpələrin 63 min, 2017-ci ildə 60,5 min nəfəri yalnız ana südü ilə qidalanıb.
Ötən il 6 aya qədər körpələrin 69,7 min nəfəri (2016-cı ildə 73,9 min nəfər) ana südü ilə qidalanıb ki, onların da 41,3 mininə (2016-cı ildə 41,5 min) yalnız ana südü verilib.
Azərbaycandakı körpələrin 55,4 min nəfəri 12 ayına, 16,8 min nəfəri 1,5 yaşa qədər, 7,8 min nəfəri 2 yaşa qədər ana südü ilə qidalanıb.
BMT-nin Uşaq Fondunun (UNICEF) və Ümudünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında qeyd edilib ki, Azərbaycan körpələrin 20%-dən az bir hissəsinə həyatlarının ilk saatında ana südü verilməsinə başlanılması göstəricisi ilə azsaylı ölkələr qrupuna daxildir. Bu göstərici 20%-dən aşağıdır. Bu da onu göstərir ki, Azərbaycanda hər 10 yeni doğulan körpədən yalnız ikisinə həyatlarının ilk saatında ana südü verilir.
76 ölkənin məlumatlarının təhlil olunduğu hesabatda qeyd olunur ki, doğuşdan sonra həyatının ilk saatında ana südü ilə qidalanan körpələrin sağ qalmaq ehtimalı əhəmiyyətli dərəcədə daha yüksəkdir. Dünyaya göz açdıqdan sonra bu cür qidalanma ilə bağlı hətta bir neçə saatlıq ləngimə körpələrin həyatı üçün təhlükə törədən fəsadlara yol aça bilər.
Qeyd edək ki, Azərbaycanda həm “Reklam haqqında” qanuna, həm də “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanuna əsasən, süni qida məhsullarının reklamına müəyyən məhdudiyyətlər qoyulur.(Trend)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...