Türkiyə-İran sərhədində xidmət aparan Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi maşının keçdiyi yolda partlayış baş verib.
 Aralık rayonunun Ağrı dağı bölgəsində PKK terror qruplaşması tərəfindən yola basdırılan bombanın partlaması nəticəsində 5 əsgər yaralanıb. Yaralılar İğdır dövlət xəstəxanasına çatdırılıb.(AZƏRTAC)