Mingəçevir şəhərində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Astarainfo.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Borisov Serqey Aleksandroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.