“TURAZ Şahini – 2018” birgə taktiki-uçuş təlimlərinin planına əsasən döyüş təyyarələri verilmiş hündürlükdə marşrut üzrə birgə uçuşlar yerinə yetiriblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərin növbəti günündə şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmək üzrə tapşırıqlar yerinə yetirilib, onun qırıcı aviasiyasından yayınma manevrləri icra edilib.(Milli.az)