Astara rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə şəhərin Heydər Əliyev  parkında səyyar kitabxana xidməti təşkil olunub.
Bu  xidmətin təşkil olunmasında əsas məqsəd kitabxanalara daha çox oxucu cəlb etmək, onların kitaba, ədəbiyyata marağını artırmaq, yeni nəşr olunan əsərlərlə əhalini tanış etmək olub.
Sakinlər tərəfindən böyük maraqla qarşılanan səyyar xidmət zamanı yerli və xarici ölkə ədəbiyyatı və uşaq ədəbiyyatına dair  kitablar nümayiş etdirilib.

Natəvan Mədətzadə

Astarainfo.az