22 avqust-15 sentyabr tarixlərdə Astara rayon Ojəkəran kənd futbol meydançasında Astara rayon Gəncər və İdman  İdarəsi  və Kijəbə Bələdiyyəsinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq Aprel döyüşlərinin qəhrəmanı, “Vətən uğrunda” medalının mükafatçısı, xüsusi xidmət giziri şəhid Pəncəli Nurməmməd oğlu Teymurovun xatirəsinə həsr olunmuş Futbol üzrə Kijəbə qəsəbəsinin açıq turniri keçirilmişdir.
Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov yarışın məqsədinin şəhid Pəncəli Nurməmməd oğlu Teymurovun xatirəsinin yad edilməsi, vətənpərvərlik tərbiyəsinin təbliği, rayonun bələdiyyə, idarə, müəssisə və təşkilatlarında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, prespektivli  futbolçuları  aşkar  etmək, futbol üzrə keçirilən respublika yarışlarında iştirak etmək üçün rayonun gənclər və kişilərdən ibarət yığma komandasının heyətini müəyyənləşdirmək, asuda vaxtın səmərəli keçirilməsini təmin etmək olduğunu bildirmiş, komandalara uğurlar arzulamışdır.
Yarışda rayonun müxtəlif ərazilərini təmsil edən 18 komanda yarışların keçirilməsinin beynəlxalq qaydalarına əsasən dairəvi sistemi üzrə 4 yarımqrupda mübarizə aparmışlar.Yarımqruplarda I və II yerləri qazanan komandalar ¼ mərhələsində iştirak etmək hüququ qazanmışlar. Yekunda I yerə “Ojəkəran”, II yerə “Ərçivan”, III yerlərə( 2 komanda III yerlərə layiq görülmüşdür) Kijəbə” və “Astara” komandaları layiq görülmüşlər.
Yekunda Astara Rayon Gəncər vəİdman İdarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov, Astara RİH-nin Kijəbə qəsəbəsi üzrə İnzibati Ərazi  Dairəsi üzrə nümayəndəsi Şahin Əmənullayev, Kijəbə bələdiyyəsinin sədri Ağadadaş Qəmbərov, yarışların təşəbbüskarı fəal ictimaiyyətçi İlqar Dadaşov çıxış edərək idmançıları təbrik etmişlər. Sonra fəxri yerləri qazanan komandalara Astara RGİİ-nin, Kijəbə bələdiyyəsinin, Astara RİH-nin Kijəbə qəsəbəsi üzrə İnzibati Ərazi Dairəsinin diplom, medal və hədiyyələri, eləcədə yarışların təşəbbüskarı İlqar Dadaşov tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Mükafatlandırma mərasimindən sonra xatirəşəkilləri çəkilmişdir.

Rufan Şirinov

Astarainfo.az