İranda terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatdı

İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatdı.
Bunu İran parlamentində müdafiə komitəsinin rəhbərinin müavini Əbu Fadl Bigi deyib. Onun sözlərinə görə, hadisə nəticəsində həmçinin 60 nəfər yaralanıb.
Qeyd olunur ki, hücum edən şəxslərdən 3-ü yerində məhv edilib, qalanları isə xəstəxanada ölüb.(Trend)