Ağstafa rayonunun Qırılı kəndində yol qəzası baş verib.
İki avtomobilin toqquşması nəticəsində biri körpə olmaqla 6 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər bunlardır: Qazaxın Fərəhli kənd sakini, 1972-ci il təvəllüdlü Mustafayev Valeh Mustafa oğlu, 1975-ci il təvəllüdlü Musayeva Xəzəngül Şəmistan qızı, Köhnə Qışlaq kənd sakinləri 1959-ci il təvəllüdlü Orucova Bəsti Şəmistan qızı, 1981-ci il təvəllüdlü Qurbanova Könül Vahid qızı, Yuxarı Göycəli kənd sakini 1966-cı il təvəllüdlü Əliyeva Təranə Şəmistan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralılardan Valeh Mustafayev və Könül Qurbanovanın vəziyyəti ağırdır. Ağır vəziyyətdə olan Könül hamilə olduğundan əməliyyata götürülüb.
Yaralılar içərisində körpə də olub və o, dərhal Qazax müalicə Diaqnostika Mərkəzinə aparılıb. (Report)