Dövlət İmtahan Mərkəzi tərəfindən 1 oktyabr 2018-ci il tarixindən 4 dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 84 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.
Ümumi müsahibəyə çıxarılan vəzifələrdən 43-ü A növü – inzibati rəhbər vəzifələr üzrə (Kənd Təsərrüfatı Nazirliyi üzrə 41 vəzifə, Dövlət Statistika Komitəsi üzrə 2 vəzifə), 41-i isə B növü – inzibati icraçı vəzifələr üzrə olmaqla (Kənd Təsərrüfatı Nazirliyi üzrə 18 vəzifə, Mədəniyyət Nazirliyi üzrə 1 vəzifə, Dövlət Statistika Komitəsi üzrə 6 vəzifə, Şəki Apelyasiya Məhkəməsi üzrə 16 vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Dövlət Statistika Komitəsində sektor müdiri və Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətində Regional Bölmənin rəhbəri vəzifələridir.
Vətəndaşlar ümumi müsahibədə iştirak etmək üçün elektron qaydada qeydiyyatdan keçə bilərlər.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılıb. Artıq regionlarda yaşayan vətəndaşların sənəd qəbulu üçün Bakıya gəlmələrinə ehtiyac yoxdur.
Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır. Elektron qaydada daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, Mərkəzin tələbi əsasında müvafiq sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əsilləri Mərkəzə təqdim edilməlidir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizəd buradan “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına məlumatları daxil etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 01 oktyabr 2018-ci il tarixindən 01 noyabr 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.(Trend)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...