Azərbaycan Respublikasında vətəndaşların hüquq və azadlıqlarının qorunmasında qanunların aliliyinin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi rola malik olanprokurorluq orqanları işçilərinin üzərinə böyük məsuliyyət düşür.
Yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı fəaliyyətə başlamışdır.F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə naziri, eyni zamanda baş prokurorları olmuşlar. Mürəkkəb şəraitdə fəaliyyətə başlamış Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görmüşlər.
Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildikdən sonra dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da ləğv edildi. Bu isə Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci iltarixli «Xalq məhkəməsi haqqında» dekreti ilə həyata keçirilmişdir.
Həmin dövrdə hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasının ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci iltarixli «Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında» Dekreti iləAzərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu.1936-cı ilin iyul ayındaAzərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra dövlətimiz yeni dövrə qədəm qoymuşdur. Müstəqillik dövründə Azərbaycan Respublikasının Prokurorluğunun inkişafı ölkə rəhbəri Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur.
17iyul 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü haqqında” sərəncam imzalanıb. Qürur hissi ilə qeyd edə bilərik ki, Müstəqil Dövlətlər Birliyi Ölkələrində (MDB) prokurorluq əməkdaşlarının peşə bayramı gününün təsis edildiyi ilk ölkə məhz Azərbaycan olmuşdur.
1998-ci il 28 noyabr tarixində prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqda Ümummilli lider Heydər Əliyev prokurorluq işçilərinin peşə fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Prokurorluq ağır, çətin eynizamanda, çox şərəfli, hörmətli peşədir. Arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız.Çalışasınız ki, Azərbaycan vətəndaşı eyni zamanda, Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün olduğu kimi gələcəkdə də olacaqdır. Azərbaycan Prezidenti kimi Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.
Azərbaycan dövləti yenidən müstəqil olandan sonra azad, demokratik, ümumbəşəri dəyərlərə söykənən vətəndaş cəmiyyətinin müstəqil hüquqi dövlətini yaratmaq istiqamətində inkişaf etmiş sivil dövlətlərin təcrübəsindən bəhrələnmişdir.
Hüquq- mühafizə sistemində aparılan islahatların əsas istiqamətlərindən biri Azərbaycan Respublikası prokurorluqorqanlarının demokratik əsaslarla inkişafının və yeniləşməsinin təmin olunmasından ibarətidi. ÜmummilliliderHeydərƏliyevinmüəllifliyiiləqəbuledilmiş1995-ci il Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanımış, onun statusunu müəyyənləşdirmişdir.
Statusa uyğun olaraq «Prokurorluq haqqında» 7 dekabr 1999-cu iltarixli qanunda, qanunların icra və tətbiq olunmasına nəzarət etmək, cinayət işlərinin istintaqını aparmaq və ibtidai istintaqa prosessual rəhbərlik, təhqiqatvəəməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət, cinayət işlərinə baxılmasında dövlət ittihamının müdafiəsi, məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədinə nail olunmasında iştirak etməkməsələləri prokurorluğun fəaliyyət istiqamətlərinə aid etmişdir. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir.
Məhkəmə hüquq islahatlarının həyata keçirilməsi zamanı prokurorluq orqanlarında keçirilən islahatın uğurlu olması üçün kadrların düzgün seçilməsinə, onların yerləşdirilməsinə önəm vermiş Ulu Öndər demişdir: “Hüquq mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən əməkdaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına göstərilən hərtərəfli diqqət və qayğının nəticəsində prokurorluğun fəaliyyəti ən yüksək beynəlxalq tələblərə uyğun təkmilləşdirilmiş müasir dünya standartlarına uyğun formalaşdırılmışdır.
Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci iltarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair2008-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olmuşdur. Proqramın icrası vətəndaş cəmiyyətində prokurorluğun rolunun artırılmasına, fəaliyyətində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasına, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasına, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsinə, prokurorluğun beynəlxalq əlaqələrinin genişləndirilməsinə səbəb olmuşdur.
Dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan Prokurorluğunun 90 illik yubileyi münasibəti ilə prokurorluq əməkdaşları və veteranlarına ünvanladığı təbrik məktubunda deyilir: “Son illərprokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir”.
Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin ən önəmli istiqaməti olan korrupsiyaya qarşı mübarizə işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Antikorrupsiya Fəaliyyət Planı üzrə III Monitorinq Raundunu uğurla tamamlayaraq IV qiymətləndirmə mərhələsinə keçən ilk iki ölkədən biri olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu”n dadəyişikliklər edilməsi haqqında” 23 dekabr 2016-cı il tarixli 2571 nömrəli Sərəncamına əsasən, Baş Prokurorluq üzrə 30 dekabr 2016-cı il tarixli əmrlə Baş Prokurorluğun strukturunun təkmilləşdirilməsi ilə fəaliyyətinin səmərəliliyinin artırılmasının təmin edilməsi məqsədilə Hüquqi təminat və informasiya idarəsi ləğv edilərək, onun bazasında Hüquqi təminat, İnformasiya-kommunikasiya texnologiyaları idarələri və Mətbuat xidməti (şöbə səlahiyyətli) yaradılmışdır.
Dövlət başçısının həyata keçirdiyi sosial yönümlü dövlət siyasətinin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əhalinin qəbulu məsələlərinə xüsusi önəm verilərək vətəndaşların müraciətlərinə onların ərizə və şikayətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun əməl olunmaqla baxılır.
Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun fikrinə istinad edərək demək istərdim ki,dövlət başçısının, cəmiyyətin göstərdiyi yüksək etimadı doğrultmaq üçün üzərimizə qoyulan vəzifələrin icrası üzrə daha çox fəaliyyət göstərməliyik. Fəaliyyətimizi səmərəli qurmaqla böyük məsuliyyətlə çalışaraq həvalə olunan iş və tapşırıqları tam eyni zamanda keyfiyyətlə yerinə yetirməliyik.
Azərbaycan Prokurorluğunun kollektivi əzmlə işləməklə möhtərəm Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlətçilik siyasətini hərtərəfli dəstəkləyərək ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında, xalqına və dövlətinə xidmətdə öz töhfəsini verəcəkdir.
Ölkəmizdə təhlükəsizliyin və sabitliyin təmin edilməsində qanunun aliliyinin qorunmasında yüksək peşəkarlıqla çalışan hüquq mühafizə orqanların da böyük fəallıq göstərən əməkdaşların hər birini 1 oktyabr prokurorluq orqanları işçilərinin peşə bayramları münasibətilə təbrik edir onlara çətin və şərəfli peşəsində can sağlığı, daha yüksək uğurlar qazanmağı arzulayırıq.
Murad Vəliyev
Astara Rayon Prokurorunun böyük köməkçisi,ikinci dərəcəli hüquqşünas
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...