“Qarabağ” futbol klubu azarkeşlərinə müraciət edib.
Müraciətdə deyilir ki, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ” – “Arsenal” oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları oyunun başlamasından 3 saat öncə – saat 17:55-də açılacaq.
Azarkeşlərdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlməsi xahiş olunur.
Xatırladaq ki, “Qarabağ” ilk turda səfərdə “Sportinq” (Portuqaliya) klubuna 0:2 hesabı ilə məğlub olmuşdu.(Trend)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...