Türkiyədə törədilən partlayış nəticəsində 4 hərbçi şəhid olub, 5-i isə yaralanıb.
Hadisə ölkənin Batman əyalətinin Hasankeyf rayonunda baş verib.
Magistral yolda təhlükəsizliyi təmin edən hərbçilərin olduğu avtomobil ərazidən keçərkən əldəqayırma partlayıcı qurğu partladılıb.
Bölgədə terrorçulara qarşı irimiqyaslı anti-terror əməliyyatı başlayıb. (Report)