Böyük qayıdışın ilk addımı olan Cocuq Mərcanlı artıq eyni adlı bir brendə çevrilib.
İqtisadiyyat Nazirliyi və Türkiyə səfirliyinin birgə fəaliyyəti ilə Cocuq Mərcanlı adı altında yeni brend yaradılıb. Brendin loqosunu yaradan Hüseyin Büyükfirat bu təşəbbüsün təfərrüatlarını “Xəzər Xəbər”ə danışıb. O, Cocuq Mərcanlı brendinin loqosundakı simvolların mənasını da açıqlayıb.
Aşağıdan çəkilən xətt torpağı, üzərindəki insanlar Azərbaycan və Türkiyə xalqının birliyini, yaşıl yarpaqlar isə abadlıq və inkişafın işarəsidir.
Brendin yaradıcısı Hüseyin Büyükfırat bildirir ki, məqsəd Cocuq Mərcanlı əhalisinə, eyni zamanda Azərbaycanın haqlı davasına dəstək olmaqdır.
Hüseyin Büyükfırat bildirir ki, Cocuq Mərcanlı brendi layihəsi çərçivəsində loqonu bütün dünyada tanıtmağı qarşıya hədəf qoyublar. Bu brendin loqosunun arxasında isə Dağlıq Qarabağ həqiqətləri ilə bağlı məlumatlar qeyd olunacaq.
“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin sədri Huseyn Buyukfirat qeyd edir ki, Cocuq Mərcanlıda istehsal olunan kənd təsərrüfatı məhsulları artıq supermarketlərdə yeni loqo ilə satılmaga baslanacaq. Bundan əlavə, Türkiyə səfirliyinin dəstəyi ilə Cocuq Mərcanlıda suvenir istehsal edən muəssisənin fəaliyyətə başlaması planlaşdırılır.