Daxili İşlər Nazirliyi (DİN) Lənkərandan Bakıya gələn mikroavtobusun aşması ilə bağlı rəsmi məlumat yayıb.
Məlumatda bildirilib ki, oktyabrın 8-də saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Lənkəran rayon sakini Hüseynağa Zəkiyev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusu aşırıb. Nəticədə sürücü və sərnişinləri – Lerik rayon sakini Qəmər Salayeva və Davud Qasımov xəstəxanaya yerləşdirilib, Q.Salayeva orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.(Report)