Astara şəhər 3 saylı tam orta məktəbində rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq çağırışçı gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, müxtəlif növlər üzrə ən güclüləri təyin etmək və rayonun yığma komandasını təsis etmək məqsədilə “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Astara rayon çempionatı keçirilib.
Çempionatda 7 məktəbin komandası 4 növ üzrə (100m məsafədən qaçış, 2000 m məsafədən kross qaçışı, turnikdən dartınma və qumbara atma) güclərini sınayıblar.
Gərgin keçən mübarizənin sonunda Suparıbağ kənd tam orta məktəbin komandası I yerə, Şəhər 3 saylı tam orta məktəbin komandası II yerə, Şəhər 2 saylı tam orta məktəbin komandası III yerə layiq görülüblər.
Fəxri yerləri qazanan komandalara Astara rayon Gənclər və İdman İdarəsinin diplom və fəxri  farmanları ilə təltif olunublar.
Rufan Şirinov
Astarainfo.az