Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov etmək qadağan olunan ərazilərin adlarını açıqlayıb.

Nazirlikdən Yeniavaz.com-a verilən məlumata görə, bu ərazilər aşağıdakılardır:
Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri;
– Xəzər dənizinin adaları;
– yaşıl zonalar;
– şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələr;
– xüsusi mühafizə olunan ərazilər;
– sanitar-mühafizə zonaları.