On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib.
Albaniyanın Lishnija şəhərindəki Roza Haxhiu stadionunda Norveç yığması ilə qarşılaşan komandamız 1:4 hesabı ilə məğlub olub. Yığmamızın yeganə qolunu Musa Qurbanlı vurub.
Qrup mərhələsi çərçivəsində U-17 növbəti oyununu oktyabrın 26-da Çexiya yığmasına qarşı keçirəcək.(AZƏRTAC)