Ağdam Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Döyüş Federasiyalar Assosiasiyasının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq Alpaqut Döyüş Sənəti üzrə gənclər arasında Azərbaycan kubokunda Astara rayon komandası iştirak etmişdir. Yarış noyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Dünya çempionatına hazırlıq məqsədi daşıyır.
 İdmançımız Əliyev Ağadədə (85kq+) yarışların qalibi olmuş və respublika kubokunu qazanmışdır.
Əliyev Ağadədə 2018-ci ilin avqust ayından Alpaqut Turan Döyüş Sənəti üzrə məşqçilik statusunu almış və Azərbaycan Alpaqut Turan Döyüş Sistemləri Mərkəzinin Astara rayon filialının sədri vəzifəsinə təyin edilmişdir.
Qeyd edək ki, Alpaqut Döyüş Sənəti Caymaz, Aypara, Batur və Qurşaq sistemləri üzrə yarışları keçirilir. Bu döyüş növləri müvafiq olaraq Kikboksing, Karate-do, Qarışıq Döyüş Növləri və Güləş növlərinə oxşamaqla Türk xalqlarının döyüş idman növüdür.
22 oktyabr tarixində  qalib idmançı ilə Astara Rayon Gənclər və İdman İdarəsində görüş keçirilmiş noyabr ayında Bakıda keçiriləcək Dünya Çepionatında uğurlar arzulanmışdır.
Rufan Şirinov
Astarainfo.az