Budapeştdə keçirilən dünya çempionatında sərbəst güləşçilərimizdən yalnız Cəbrayıl Həsənov mükafatçılar sırasına düşməyi bacarıb.
Azərbaycanın sərbəst güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bir medalla kifayətlənib.
Bu növ üzrə 10 pəhləvandan yalnız həmyerlimiz Cəbrayıl Həsənov mükafatçılar sırasına düşməyi bacarıb. 28 yaşlı idmançı final görüşündə ABŞ təmsilçisi Kayl Duqlas Deyklə mübarizədə gümüş medal əldə edib.
Qalan sərbəst güləşçilərə gəldikdə, Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (70 kq), Murad Süleymanov (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) təsnifat mərhələsində, Pərviz İbrahimov (61 kq) və Şərif Şərifov (92 kq) 1/8 finalda, Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (74 kq) və Aslanbek Alborov (97 kq) 1/4 finalda uduzaraq, mübarizəni dayandırıb.
Cəbrayıl Həsənovu ilk dəfə qazandığı bu yüksək mükafat münasibətilə ürəkdən təbrik edirik.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...