Aparılan araşdırmalar göstərir ki, quru meyvələr beyin sağlamlığını qoruyur. Alzheimer və skleroziya kimi xəstəliklərin riskini azaldan bu qidalar xolesterol səviyyəsini aşağı salır, nevrodeqenerativ xəstəliklər də daxil olmaqla, yaşlanma ilə əlaqəli xəstəliklərə qarşı yaxşı təsir edir.
Badam, qoz, fındıq, əncir, üzüm, ərik kimi məhsullarla sağlam qidalanma, beyin sağlamlığını qoruyur, insanların yaşlananda qarşılarına çıxan Alzheimer, skleroziya kimi xəstəliklərə tutulma riskini azaldır.
Roterdamda 2005 ilə 2015-ci illər arasında 4 min 213 nəfərin iştirakı ilə reallaşdırılan bir araşdırma, beyin sağlamlığı ilə sağlam qidalanma arasındakı əlaqəni göstərdi.
Beynəlxalq Quru və Qabıqlı Meyvələr Şurasının hesabatlarına görə, xüsusilə tərəvəzlər, meyvələr, tam taxıllar, süd məhsulları, balıq və məhdud miqdarda şəkərli içkilərin istehlak edildiyi bir pəhriz, daha böyük beyin toxuması ilə əlaqəli olduğu və beyin sağlamlığını inkişaf etdirməyə köməkçi olduğunu göstərir.(Milli.Az)