“Boeing 737 MAX” təyyarəsi İndoneziya sahillərində qəzaya uğradıqdan sonra heç kəs sağ qalmayıb.  Bunu İndoneziyanın fövqəladə halların aradan qaldırılması üzrə milli agentliyin nümayəndəsi deyib. Onun sözlərinə görə, qəza nəticəsində sağ qalan yoxdur. Qeyd edək ki, “Boeing 737 MAX” təyyarəsi “Lion Air” aviaşirkətinə məxsus olub. O, Cakartadan Sumatra adasına istiqamət almışdı. Təyyarənin göyərtəsində 181 sərnişin, 2 pilot və 6 heyət üzvü olub.(Yeniavaz.com)