Prezident İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya başsağlığı verib.
Məktubda deyilir: “Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.(xezerxeber.az)