Sabahın hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 18-22, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.(Report)