Hindistanda dünyanın ən hündür heykəlinin açılışı olub.  “Birlik heykəli” adı verilən abidənin hündürlüyü 182 metr təşkil edir.
Bürünc heykəl Hindistanın müstəqilliyi uğrunda mübarizə aparmış Sardar Patelin şərəfinə ucaldılıb. Ölkənin Baş naziri Narendra Modi deyib ki, heykəl Hindistanın əsas görməli yeri olacaq.
Abidənin yuxarısında baxış meydançası quraşdırılıb. Onun yaxınlığında isə sahəsi 12 kvadratkilometr olan süni göl yaradılıb. Heykəlin dəyəri 430 milyon dollardır.(Yeniavaz.com)