Rayonun Şürük kəndində Səbuhi Əzizov gündüz vaxtı həyətdə yaşıdları ilə oynayarkən qəfildən kolluqdan çıxan çaqqal ona hücum edib. Səs-küyə həyətə çıxan ana uşağı çətinliklə də olsa çaqqalın hücumundan xilas edə bilib. Üzündən və ayağından xəsarətlər alan Səbuhi Əzizov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Ancaq evə qaytdıqdan sonra ərazidən uzaqlaşmayan çaqqal yenidən onların və ətrafdakı digər insanların üzərinə də hücum çəkib.  Kənd sakinləri çaqqalın gündüz vaxtı yaşayış məntəqəsinin mərkəzində həyətlərə daxil olması ilə ilk dəfə qarşılaşdıqlarını bildiriblər./ ATV.az