Bu gün Prezident İlham Əliyevin respublikamızın bütün regionlarında idman sahəsinə və idmançılara göstərdiyi diqqət və qayğı öz bəhrəsini verir. Azərbaycan gündən-günə öz uğurlarını artıraraq idman ölkəsi kimi öz adını güclü dövlətlər sırasına yazdırır.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında  Azərbaycanın sərbəst güləşçiləri  arasında 10 pəhləvandan yalnız həmyerlimiz Cəbrayıl Həsənov  mükafatçılar sırasına düşməyi bacarıb.  O, final görüşündə ABŞ təmsilçisi Kayl Duqlas  Deyklə mübarizədə gümüş medal əldə edib.
Astarainfo.az  xəbər verir ki, bununla əlaqədar  noyabrın 5-də Astara Rayon İcra Hakimiyyətinin Başçısı Qəzənfər Ağayev  Azərbaycan güləşçisi, Sərbəst güləşi üzrə 74 kq çəki dərəcəsində 2016-cı il Yay Olimpiya oyunlarının bürünc medalçısı,  Avropa və Dünya çempionatlarının mükafatçası, sərbəst güləş üzrə dünya ikincisi  həmyerlimiz Cəbrayıl Həsənovu qəbul edib.
İcra başçısı Qəzənfər Ağayev həmyerlimiz Cəbrayıl Həsənovu yeni qələbəsi münasibətilə təbrik edib. Ona ən xoş arzularını bildirib.  O birdaha əmin olduğunu bildirib ki, Cəbrayəl Həsənov qarşıdakı illlərdə də öz uğurlarını daha da artıracaq.Qarşıda duran ən böyük vəzifə üzümüzə gələn olimpiadada qalib adını qazanmaqdır.
Görüşdə rayonda sərbəst güləş idman növünün inkişaf etdirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.
Astarainfo.az