SONY DSC
Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən regionlar arası keçirilən mədəni tədbirlər çərçivəsində Cəlal Mədətzadənin rəhbərliyi ilə Astara rayon Mədəniyyət Mərkəzinin Xalq kollektivi“Sevinc“ mahnı və rəqs ansambılı,  “Cənub” rəqs qrupu, Aşıq Elxan Şindanlının iştirakı ilə Biləsuvar şəhərində geniş konsert  proqramı ilə çıxış ediblər.
Konsertdə Nadirə Rövşənqızı,. Emil Tağıyev, Təhminə Mahmudova, Elvin Məlikov, Solmaz Dadaşova, Elyana Məhərrəmli, Fəxrəddin Məmmədovun ifa etdiyi mahnılar alqışlarla qarşılanıb.
Tədbirdə Biləsuvar rayon İcra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Mədəniyyət Nazirliyi Regional siyasət şöbəsinin məsul işçisi Əlisultan Sadıxov, Biləsuvar Regional Mədəniyət, İdarəsinin rəisi Elçin  Hüseynov,  Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli iştirak ediblər.
Böyük maraqla qarşılanan konsertin yekununda Azərbaycan Bayrağının səhnəyə gəlməsini tamaşaçılar ayaq üstə alqışlayıblar.
Nicat Raufoğlu
Astarainfo.az