Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 11-i gündüzdən 12-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub.
Departamentdən  bildiriblər ki, yağan güclü leysan yağış nəticəsində çaylarda sululuq artıb, Lənkərançay, Təngərüdçay, İstisuçay, Boladıçay və Veravulçayda sel müşahidə edilib. Hazırda intensiv və güclü yağış davam edir.
Düşən yağıntının miqdarı Naxçıvan Muxtar Respublikasında 2-3, Böyük Qafqazda 1-14, Lənkəran-Astara bölgəsində 1-25, Mərkəzi-Aran rayonlarında 1-18 millimetr təşkil edib. Düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadası üzrə Ələtdə 11, Bakı Dövlət Universitetində 10, Pirallahıda 8, Bakıda 5, Binə, Zabratda 4, Maştağada 3, Bayıl yamacında 2, Sumqayıtda 0,7 millimetrə bərabər olub.(AZƏRTAC)