Suriya-Türkiyə sərhədi yaxınlığında, Cerablus şəhərində partlayış törədilib.
“RİA Novosti” xəbər verir ki, partladıcı qurğu quraşdırılmış avtomobil partladılıb. Nəticədə 1 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Qeyd edək ki, Cerablus qanunsuz hərbi birləşmələrin və “Cəbhət ən-Nüsrə” terror təşkilatının nəzarətindədir./publika.az