ABŞ-ın şimal-şərq və bəzi orta bölgələrində noyabrın 14-15-də mövsümün ilk qar yağması nəticəsində azı 8 nəfər ölüb.
 Astarainfo.az Report-a istinadən xəbər verir ki, rəsmi məlumatlara əsasən, onlardan 3 nəfəri Arkanzas, 2-i Misisipi ştatlarında, Mariland, Ohayo və İndiana ştatlarının hər birində isə 1 nəfər yolların buz bağlamasına görə baş vermiş avtomobil qəzalarında ölüblər.
Ümumiyyətlə, qarlı hava 80 milyon əhalinin yaşadığı əraziləri ağuşuna alıb və bəzi yerlərdə qarın qalınlığı 20 santimetrə çatıb. Elektrik naqillərinin qırılması nəticəsində Virciniya, Ohayo, Kentuki, İndiana kimi ştatlarda 300 minədək sakin işıqsız qalıb. Əlverişsiz hava ucbatından 1600-ə yaxın təyyarə reysi ləğv edilib, daha 8 mindən çoxu təxirə salınıb.