Azərbaycan yığması Farer adaları millisini məğlub edib.

***21:32
Futbol üzrə Azərbaycan yığması Bakıda Farer adaları millisi ilə görüşdə hesabı artırıb.
Matçın 28-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Mahir Mədətov təqribən 30 metr məsafədən qapını dəqiq nişan alıb və hesabı 2:0-a çatdırıb.

***21:25
Azərbaycan yığması Bakıda UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirir.
 Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Farer adaları komandasını qəbul edir və oyunda artıq hesab açılıb.
Matçda hələ ki, yeganə qolu millinin 13 nömrəli futbolçusu Dimitri Nazarov vurub. O, oyunun 18-ci dəqiqəsindəkünc zərbəsindən qaldırılan topu birbaşa qapıya vurub və top rəqib futbolçunun ayağına dəyərək tora daxil olub – 1:0.(Report)