Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 26 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdən əvvəl rayon İcra hakimiyyəti başçısı Qəzənfər Ağayev, YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov və  partiya üzvləri, Ümummilli Liderin abidəsini ziyarət edib önünə  gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyəti başçısı Qəzənfər Ağayev  qeyd  etmişdir ki, 26 il bundan öncə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən güclü bir siyasi təşkilatdır. Ulu Öndərimiz Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı müasir tariximizin ən şərəfli səhifəsidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik və uzaqgörən, qətiyyətli siyasəti, zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin, vətəndaş qarşıdurmasının aradan qalxmasına, sivil əsaslar üzərində müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verib.
 Müasir Azərbaycanın qurucusu, Ümummilli Lider  Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, bütün sahələr üzrə köklü islahatlar aparılmış, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır. Ölkə rəhbəri cənab İlham Əliyevin imzaladığı Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı  uğurla həyata keçirilir. Möhtərəm Prezidentimizin məlum sərəncamlarına əsasən Astara şəhərində Park-bulvar kompleksinin tikilib istifadəyə verilməsi, şəhərin içməli su təchizatının yenidən qurulması və digər tikinti quruculuq işləri uğurla həyata keçirilib.  Minlərlə insanın yaşadığı ərazini əhatə edən Astara-Bala Şahağac, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə, coğrafi relyefi mürəkkəb olan Deqədi-Pəlikəş avtomobilin yolunun açılışından sonra, daha geniş və mürəkkəb relyefli   dağ ərazisi olan Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yollarının, böyük əhəmiyyətə malik olan uzunluğu 274  km olan  Ələt-Astara avtomobil yolunun tikintisi də turizmin, kənd təsərrüfatının  və iqtisadiyyatın bütün sahələrinin  inkişafına gətirib çıxaracaq.
Son illərdə Astarada 40-dan çox ümumtəhsil məktəbi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Mərkəzi xəstəxana tamamilə yenidən qurularaq ən müasir tipli avadanlıqlarla təchiz olunub. Astarada Modul tipli  Elektrik və Qaz Kompressor Stansiyalarının, Olimpiya İdman Kompleksinin  tikilməsi, “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması, yol infrastruktur layihələrinin uğurla icra olunması, xüsusən ucqar dağlıq ərazilərə rahat asfalt yolların çəkilməsi, dənizkənarı Park-bulvarın hər iki hissəsinin yüksək standartlara uyğun şəkildə inşa edilərək əhalinin istifadəsinə verilməsi kimi mühüm əhəmiyyətə malik məsələnin həyata keçirilməsi məhz möhtərəm cənab Prezident İlham Əliyevin Astaraya və astaralılara göstərdiyi diqqət və qayğının əyani sübutudur.
İcra başçısı vurğulamışdır ki, Möhtərəm Prezidentimizin bütün sahələrdə olduğu kimi,  iqtisadi və siyasi sahədə də uğurla  həyata keçirtdiyi layihələr dünyanın dörd bir tərəfində, hiss olunur. Reallaşan Bakı-Tbilisi-Qars Asiya ilə Avropanı birləşdirən tarixi ipək yolunu dəmir polad yollarla əvəz edən, şərq-qərb marşrutu və reallaşmaqda olan Şimal-cənub dəhlizi layihələrinin həyata keçirilməsi cənab Prezidentimizin qətiyyətli və prinsipial mövqeyinin nəticəsidir.
 Partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyevin Respublikanın daxili və xarici siyasət sahəsində uğurları dünyanın aparıcı dövlətlərlə görüşləri sosial-iqtisadi inkişafı sahəsində verdiyi fərman və sərəncamlar xalqımızın maddi rifah halının yaxşılaşdırılmasına geniş təkan vermişdir. Qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarından biri də sıralarında İlham Əliyev kimi siyasətçinin olması və zaman-zaman formalaşaraq layiqli varis kimi liderlik zirvəsinə çatmasıdır.
 Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı Gənclər Birliyinin sədri Tural Eyvazov Yeni Azərbaycan Partiyasının 26 illiyi haqqında geniş məruzə ilə çıxış etmişdir. Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Rayon İcra Hakimiyyətinin məsul işçisi Elnur Rəsulov, Rayon Mərkəzi Xəstəxanasının həkimi Aytən Şiriyeva, Rayon Təhsil Şöbəsinin məsul işçisi Vüqar Şahbazov, Astara Pedaqoji Kollecinin müəllimi Leyla Əliyeva və başqaları çıxış etmişlər.
 Qeyd olunub  ki, bu günlər Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə xalqımız əlamətdar hadisəni bayram kimi qeyd edir. Yeni Azərbaycan Partiyasının yaranmasının 26 ili tamam olur. Bu illər ərzində Yeni Azərbaycan Partiyası çox mühüm və əhəmiyyətli bir yol keçmişdir. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan geniş bəhs edilib.
 Qeyd olunub ki, partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rola malikdir.
 Zaman göstərdi ki, Yeni Azərbaycan Partiyası Ulu Öndərin dediyi kimi Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bildi. Ulu Öndərin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan dünyada ən nüfuzlu və lider dövlətlərdən birinə çevrilmişdir. Azərbaycanın misilsiz inkişafında Yeni Azərbaycan Partiyasının sanballı töhfəsi vardır.
 Tədbirdə YAP rayon təşkilatının fəaliyyətində fərqlənən partiya üzvlərinin bir qrupuna fəxri fərman və qiymətli hədiyyələr, YAP sıralarına daxil olan gənclərə partiya biletləri təqdim olunmuşdur
.
Astarainfo.az