Cümə axşamı Dominikan Respublikasındagöyərtəsində 6 nəfərin olduğu yerli turizm şirkətindən birinə məxsus vertolyot radarlardan itib.
 Bu barədə “Listin Diario” qəzeti yazıb.
Nəşrin məlumatına görə, vertolyot ölkənin şimalında yerləşən Rio-San-Xuan şəhərindən havaya qalxdıqdan sonra dispetçerlərlə əlaqəsi kəsilib. Helikopterdə pilot və beş turist olub.
Hazırda vertolyotun axtarışı üzrə əməliyyata başlanılıb.
Bundan əvvəl Çində vertolyot qəzası nəticəsində iki nəfər xəsarət alıb.(Report)